Erməni terrorunun qurbanı olan 1 yaşlı Mədinə anası ilə eyni məzarda dəfn edilib

Erməni terrorunun qurbanı olan 1 yaşlı Mədinə anası ilə eyni məzarda dəfn edilib
13153 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 17-də gecə saatlarında işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində əhalinin yaşayış məntəqələri atəşə tutulub.

Axşam.az xəbər verir ki, "CNN Türk" hadisə yerindən material hazırlayıb. Erməni terroru nəticəsində 13 dinc sakin həlak olub. Onların 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlıdır.

Dünyasını dəyişənlər bu gün səhər saatlarından dəfn edilməyə başlanılıb. Yazıda qeyd edilib ki, anası Züleyxa Şahməzərovanın qucağında yatan və dağıntı ltında qalıb həlak olan 1 yaşlı Mədinə anası ilə eyni məzarda dəfn edilib. Körpənin atası Röyal Şahməzərov da vəfat edib. Ailənin digər qızı Xədicə isə yaralanıb və həyatı xilas edilib.

Qeyd edək ki, Ermənilərin raket atəşi nəticəsində bu gün 48 dinc sakin yaralanıb. Onlardan 23-ü kişi, 20-si qadın, 6-sı azyaşlıdır. İki uşaq itkin düşüb.