Gəncə bu gecə... - Fotolar

Gəncə bu gecə... -  Fotolar
4029 dəfə oxunub
  • A-
  • A
  • A+

Gecə saatlarında işğalçı Ermənistan Gəncə şəhərində dinc əhalini atəşə tutub.

Axşam.az xəbər verir ki, erməni terroru nəticəsində 13 dinc sakin həlak olub. Onların 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlıdır.

Ermənilərin raket atəşi nəticəsində bu gün 48 dinc sakin yaralanıb. Onlardan 23-ü kişi, 20-si qadın, 6-sı azyaşlıdır. İki uşaq itkin düşüb.

Gecə raketin düşdüyü binadan sağ çıxanlardan kimi dağıntılar altında qalan yaxınını, kimi də əşyalarını axtarıb. Fotokameramıza tuş gələn bu şəxs isə ona yalnız fotolarının qaldığını deyib.

Foto: İlqam Cəbiyev