Azərbaycandakı diplomatik korpusun nümayəndələri Gəncəyə gedib.

Axşam.az xəbər verir ki, diplomatları Prezidentin köməkçisi Hikmət Hacıyev və Baş Prokuror Kamran Əliyev müşayiət edir.

Hikmət Hacıyev bildirib ki, ilk növbədə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhmətlərini çatdırmaq istərdim:

"Mənfur düşmənlə üzbəüzük. Düşmən xaincə qisasını mülki insanlardan alır. Onlar bu məqsədlə raketlərdən istifadə edirlər. Bu dəfə də "Skad" raketdən istifadə etdilər. Onlar bununla da qırğına nail olmaq istəyirlər. Bu gün qəti əzmimiz var. Düşmən beynəlxalq ictimaiyyəti aldatmaq üçün dezinformasiya yayır. Bu gün diplomatik nümayəndələr yenə Gəncədədirlər. İstədik ki, onlar ermənilərin şərəfsizliyi ilə yerində tanış olsunlar. Bu kimi iyrənc, şərəfsiz əməlin yenidən şahidi oluruq. Həlak olanların ah-naləsi yerdə qalmayacaq. Onlar arasında azyaşlılar da var".

Foto: İlqam Cəbiyev

 
 
 
 
 
 
 
 
 
 
 
 


                 

Xəbər lenti