“Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun!” - Mehriban Əliyeva

“Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun!” -  Mehriban Əliyeva
443 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə paylaşım edib.

Axşam.az xəbər verir ki, Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində etdiyi paylaşımda deyilir:

"Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir.

Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!".