Ad gününü keçirə bilməyən Nigar 10-cu sinif şagirdi idi

Ad gününü keçirə bilməyən Nigar 10-cu sinif şagirdi idi
1543 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın Gəncə şəhərinə atdığı növbəti raket zərbəsi nəticəsində daha bir məktəbli həlak olub.

Axşam.az xəbər verir ki, ermənilərin öldürdüyü 15 yaşlı Nigar Əsgərova Gəncə şəhər K. D. Uşinski adına 29 nömrəli məktəbin şagirdi olub. O, təhsil ocağının 10-cu sinfində təhsil alırmış.

Xatırladaq ki, N. Əsgərova yaşasaydı, bu gün doğum gününü qeyd edəcəkdi.