Düşmənin Xızıya atdığı raket S-300 imiş

Düşmənin Xızıya atdığı raket S-300 imiş
1533 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bu gün saat 13.00 radələrində Xızı rayonu ərazisinə partlayış səsinin eşidilməsi və S-300 raketinin qalıqlarının düşdüyü barədə məlumat daxil olub. ANAMA-nın xüsusi mobil əməliyyat qrupu hadisə yerinə gedib və Sitalçay ərazisində “S-300” raketinin qalıqları aşkarlanıb”.

Axşam.az xəbər verir ki, bunu ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib. Onun sözlərinə görə, hazırda raketin hissələrinin götürülməsi həyata keçirilir:

“Raket Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulub. Bu raket 300 km radiusda hədəfləri aşkarlama qabiliyyətinə malikdir. İndi qeyd olunan bu raketin 250-280 km məsafədə uçuş qabiliyyətinə malik olması müəyyənləşdirilib. Hazırda əməkdaşlarımız tərəfindən raketin hissələrinin ərazidən götürülməsi həyata keçirilir. Raket vurulan zaman xəsarət alan olmayıb”.