Gəncədə raket düşən yerə oyuncaqlar düzdülər - Fotolar

Gəncədə raket düşən yerə oyuncaqlar düzdülər -  Fotolar
1615 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 17-də gecə saatlarında işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində yaşayış məntəqələri atəşə tutulub.

Axşam.az xəbər verir ki, erməni terroru nəticəsində 13 dinc sakin həlak olub. Onların 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlıdır.

Gəncə sakinləri və şəhərə gedənlər raketin düşdüyü yeri ziyarət edərək, ora uşaq oyuncaqları, güllər düzüblər. Ərazini ziyarət edənlər arasında aparıcı Hacı Nuran Hüseynov da yer alıb.

Qeyd edək ki, Ermənilərin raket atəşi nəticəsində 48 dinc sakin yaralanıb. Onlardan 23-ü kişi, 20-si qadın, 6-sı azyaşlıdır. İki uşaq itkin düşüb.

Həmin yerdən bu gün lentə alınan fotoları təqdim edirik:

Foto: İlqam Cəbiyev