"Tik-Tok" Azərbaycanda da bloklansın!

"Tik-Tok" Azərbaycanda da bloklansın!
3717 dəfə oxunub
  • A-
  • A
  • A+

Sosial şəbəkələrdə "Tik-Tok"un bağlanması ilə əlaqədar çağırışlar başlayıb.

Axşam.az xəbər verir ki, buna səbəb sözügedən sosial şəbəkədə əsgərlər, cəbhə və şəhidlərlə bağlı yerli-yersiz videoların yayımlanmasıdır. İnsanlar bu cür məlumatların əsgərlərin həyatını təhlükəyə atdığını qeyd ediblər.

"Ən azı müharibənin sonuna qədər Azərbaycanda "Tik-Tok" bloklanmalıdır. Bunun üçün bir eşalon səbəb var. Oradakı istifadəçilərin məsuliyyəti feysbuk və tvitterdə olduğundan qat-qat aşağıdır. Yayılması lazım olmayan videolar ən çox orada yayılır. Bu şəbəkəni blokalamaqla heç kim heç nə itirməyəcək, ancaq əsgərimizə və Ordumuza böyük faydası dəyə bilər!" deyə, sosial şəbəkə istifadəçiləri yazıblar.

Qeyd edək ki, bundan əvvəl ABŞ-da da "Tik-Tok"un bağlanması müzakirə yaratmışdı.