Ermənilər bu dəfə Tarkanla Aras Bulut İynəmlini "öldürdü" - Fotolar

Ermənilər bu dəfə Tarkanla Aras Bulut İynəmlini "öldürdü" -  Fotolar
3452 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün əvvəl öldürülən azərbaycanlı əsgərlərin olduğu iddia edilən fotolar paylaşan Ermənistan radiosu müğənni Sərdar Ortaç və aktyor Kaan Girginin şəklini yayımlamışdı.

Axşam.az xəbər verir ki, Türkiyə mediası işğalçı Ermənistanın növbəti yalan məlumatını yayımlayıb. Belə ki, radio bu dəfə türkiyəli Meqastar Tarkanı ölən azərbaycanlı əsgər kimi qələmə verib.

Tarkanla yanaşı ermənilərin yalan xəbərində aktyor Aras Bulut İynemli və Burak Özdemir də yer alıb.

Ermənistan radiosunun "Öldürülən Azərbaycan əsgəri" və "Ağır döyüşlər davam edir" başlıqlı yazılarda sənət adamlarının fotolarını yerləşdirməsi gülüş hədəfinə çevrilib.