Goranboya düşən raket - Fotolar

Goranboya düşən raket -  Fotolar
1409 dəfə oxunub
  • A-
  • A
  • A+

Baş Prokurorluq Goraboy rayonunda yaşayış məntəqəsi atılan raketin və hadisə yerinin fotolarını yayıb.

Axşam.az xəbər verir ki, düşmən rayonun Tapqaraqoyunlu kəndinə 9M528 "Smerç" raketini atıb

Oktyabrın 24-ü səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Saat 09 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə top mərmilərinin düşməsi nəticəsində Yaqubov Qafqaz Bəhmən oğlu və Şirinov Bəylər Zahid oğluna məxsus fərdi yaşayış evlərinə külli miqdarda ziyan dəyib.