Bazar gününün havası açıqlandı

Bazar gününün havası açıqlandı
618 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 22-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 8-11, Bakıda gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə  sütunu təşkil edəcək, nisbi rütubət  gecə 70-80, gündüz 55-60 faiz olacaq. 

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi  gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 5-7,  gündüz 7-11 isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  1-3 dərəcə  şaxta olacaq.  

Tibbi-meteoroloji proqnoz:

Noyabrın 22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əssasən əlverişlidir.