Aktrisa paylaşımına görə tənqid edildi

Aktrisa paylaşımına görə tənqid edildi
1975 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Öykü Çelik xəbərdarlıqlara və qadağalara baxmayaraq ötən həftə iki dəvətə qatılıb.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı məşhur bir neçə gün sonra COVID-19 testi elətdirib. Analiz nəticələri mənfi çıxan Öykü sosial media hesabında gündəm yaradacaq paylaşım edib:

 “Hamı vicdanlı olmalıdır. Ətrafınızda bu virusa yoluxanlara diqqət yetirin. Sadəcə restorana yemək yeməyə gedənlər bu virusa yoluxur yoxsa,  ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətində qalanlar?” sözlərini qeyd edib.

Sosial media istifadəçiləri aktrisanın bu paylaşımına səssiz qalmayıb.  Yazılan statusa “Çörək pulu qazanmaq üçün ictimai nəqliyyatdan istifadə edənləri özünlə necə müqayisə edə bilərsən?” kimi rəylər yazaraq aktrisanı tənqid ediblər.