Məşhur aktyor Emre Karayel memar sevgilisi Gizem Demirci ilə evlənib.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, iyulda nişanlanan cütlük nigah masasına oturub. Mərasimdə Emre və Gizemin ailə üzvləri, yaxınları və dostları iştirak edib. Nigah Türkiyənin Beylerbeyi ərazisində yerləşən otellərdən birində keçirilib. Emre Karayel xoş günü ilə bağlı bu sözləri bildirib.

“Hamınız bilirsiniz ki, bu şad günü illlərdir gözləyirik. Biz 8 il əvvəl bu münasibətə başladıq. Çox həyəcanlıyam, nə deyəcəyimi bilmirəm. Koronavirus səbəbi ilə nigah mərasimimizi ailə içində keçirməyi qərara aldıq. Sonra birlikdə yenidən qeyd edərik”

Qeyd edək ki, cütlüyün nigah mərasimindən sonra balayı üçün Bodruma yollanacağı bildirilib.

 

 

 



                 

Xəbər lenti