Ancelina fotoqrafın həyatını çəkəcək

Ancelina fotoqrafın həyatını çəkəcək
770 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu Ancelina Coli yeni layihəsi ilə gündəmə gəlib.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, məşhur rejissor fəaliyyətinə davam edəcək. Ancelina 4 il aradan sonra yenidən film çəkəcək.

Aktrisanın bu dəfəki ekran işi “Unreasonable Behaviour” adlanır. Filmdə fotoqraf Don Makklinin həyatından bəhs olunacaq. Ancelina Don Makklin kimi fotoqrafın həyatını lentə alacağı üçün xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, Coli ilk dəfə rejissorluq fəaliyyətinə 2011-ci ildə başlayıb. “Unreasonable Behaviour” isə aktrisanın beşinci ekran işi olacaq.