Ötən gün məşhur aktyor Kıvanç Tatlıtuğ kameralara tuş gəlib.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, koronavirus pandemiyası başlayandan sonra həyat yoldaşı Başak Dizerlə Bodruma yollanan aktyor İstanbula qayıdıb. Ticarət mərkəzlərindən birində görüntülənən Kıvanç jurnalistləri görən kimi alış-veriş etmək fikrindən daşınıb.

Kıvanç geyimi ilə xeyli marağa səbəb olub. O, jurnalistlərin “Niyə "Behlül" tərzli geyimlərinizə qayıtmısınız, yeni layihəniz varmı” sualını cavabsız qoyub. Daha sonra bir taksiyə minərək oradan uzaqlaşıb.

 



                 

Xəbər lenti