“TV8” kanalında yayımlanan “MasterChef” müsabiqəsinin iştirakçısı Uğur Yılmaz Dəniz yarışmadan qovulub.

Axşam.az xəbər verir ki, bu barədə məlumatı kanalın sahibi Acun Ilıcalı tvitter hesabında verib:

”Uğur Yılmaz Dəniz sosial şəbəkədə etdiyi qeyri-etik paylaşımlar səbəbindən “MasterChef”dən uzaqlaşdırılıb”.

Qeyd edək ki, Uğur “Fənərbaxça” futbol klubunun keçmiş və indiki prezidentləri Aziz Yıldırımla Ali Koça təhqir paylaşımları etmişdi.



                 

Xəbər lenti