Harry Potterin yataqxanası istifadəyə verildi

Harry Potterin yataqxanası istifadəyə verildi
514 dəfə oxunub
  • A-
  • A
  • A+
Harry Potterin pərəstişkarları üçün İngiltərədə "Qriffindor" yataqxanasının otağına bənzər nömrələr istifadəyə verilib.

Axşam.az xəbər verir ki, "North Shire" fermasında yerləşən yataqxana Harri ilə dostu Ron Uizlinin yaşadığı otağın dizaynına uyğun hazırlanıb.

"The Dorm" adlı məkanda tək nəfərlik 6 çarpayı, qırmızı məxmər pərdələr və vanna otağı var.  

Belə bir otaqda gecələmək isə müştəriyə 50 funt sterlinqə başa gəlir.

Qeyd edək ki, sözügedən məkanda COVID-19-la bağlı epidemioloji qaydalara riayət etmək üçün bütün lazımi tədbirlər görülüb.