Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
1275 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 767 mm civə  sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət  75-85 faiz olacaq. 

Noyabrın 23-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar  yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı  gözlənilir. Ayrı-ayrı yerlərdə  duman olacaq. Qərb küləyi ayır-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 3-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  0-3 dərəcə  şaxta olacaq.