"Hercai"nin aktrisası mükafatlandırıldı

"Hercai"nin aktrisası mükafatlandırıldı
1608 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin məşhur serialı “Hercai”nin aktrisası İlay Erkök mükafat alıb.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, məşhur İspaniyada “Ən yaxşı gənc qadın aktrisa” tituluna layiq görülüb. O bu ada "İspaniyanın Prestijli Televiziya Mükafatları" mərasimində sahib olub.

İlay Erkök aldığı mükafatla bağlı sevinc hissi yaşadığını deyib.
“Belə bir mükafata layiq görüldüyüm üçün çox xoşbəxtəm. Özümlə fəxr edirəm. İspan filmlərini izləyirəm. Ümid edirəm pandemiya tezliklə bitər və məndə İspaniyadakı pərəstişkarlarımla görüşərəm”

Qeyd edək ki, hazırda aktrisa reytinqli serial olan "Hercai"də Yaren obrazına həyat verir.