Yaşar Nurinin ölümündən 8 il ötür - Foto

Yaşar Nurinin ölümündən 8 il ötür - Foto
1373 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 22-də Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Yaşar Nurinin ölümündən səkkiz il ötür.

Axşam.az xəbər verir ki, bu gün sənətkarın ailə üzvləri Yaşar Nurinin məzarını ziyarət ediblər.

Qeyd edək ki, Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. O, Azərbaycan teatrında və kinosunda onlarla obraza səhnə, ekran ömrü bəxş edib. Yaşar Nurinin iştirakı ilə çəkilən televiziya tamaşaları bu gün də sevə-sevə izlənir.

Yaşar Nuri uzun sürən ağır xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də, 61 yaşında Bakıda dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn edilib.

Allah rəhmət eləsin!

Fotoda Yaşar Nurinin qızı Ülkər Nuriyevadır.