Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı rekord həddə - 6017 nəfər artıb. 

Axşam.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son 24 saat ərzində 139 nəfər COVID-19-un qurbanı olub.

Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 12 358-ə, yoluxanların sayı isə 446 622-yə çatıb. Ağır xəstələrin sayı 4 217 nəfər təşkil edir.



                 

Xəbər lenti