Tuğba Ekinci Tatlısəsə sürpriz edəcək - Foto

Tuğba Ekinci Tatlısəsə sürpriz edəcək - Foto
536 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Tuğba Ekinci qeyri-adi addımı ilə diqqət çəkib.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, 9 il sonra ekranlara qayıdan ifaçı "İbo Şou" verilişinə qatılıb. Sənətçi geyinəcəyi libası ilə Tatlısəsə sürpriz etmək istəyib. Belə ki, Tuğba illər əvvəl sözügedən verilişə geyindiyi paltarı yenidən tikdirib geyinəcək.

Ekinci İnstaqram hesabında "Bu donu xatırlayan varmı? "İbo Şou" verilişi üçün təkrar tikdirdim. İbrahim bəy bizim böyüyümüzdür. O, bizə hər zaman dəstək olub” sözlərini yazıb.