Bakıda karantində işləyən moda evi aşkarlandı - Video

Bakıda karantində işləyən moda evi aşkarlandı - Video
809 dəfə oxunub
  • A-
  • A
  • A+

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı rayon ərazisində karantin qaydalarını pozaraq fəaliyyət göstərən moda evi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, 28 may küçəsində yerləşən binada fəaliyyət göstərən moda evinin sahibi D.Bağırova və dərzi kimi işləyən S.Mərdəliyeva 22-ci Polis Bölməsinə dəvət olunub.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib.