İtkin düşən daha bir əsgərimizin şəhid xəbəri gəldi

İtkin düşən daha bir əsgərimizin şəhid xəbəri gəldi
1145 dəfə oxunub
  • A-
  • A
  • A+

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, söhbət 27 yaşlı əsgər Cəlal Yaqub oğlu Bayramovdan gedir.

İki aydan artıqdır ki, ailəsinin xəbər ala bilmədiyi Cəlalın şəhid xəbəri gəlib. O, bu gün Saatlıda torpağa tapşırılacaq.

Qeyd edək ki, Cəlal Bayramov ötən il sentyabrın 29-da Saatlı rayonu Səfərbərlik Xidmətinin çağırışı ilə təlimə yollanıb. Əvvəlcə Gəncə şəhərində təlimdə olub. Ondan sonra onları qruplara ayıraraq cəbhəyə göndəriblər. Cəlal sonuncu dəfə Laçında olarkən ailəsi ilə əlaqə saxlaya bilmişdi.