"Ramiz Əzizbəyli adı gələndə hamı güləcək"

"Ramiz Əzizbəyli adı gələndə hamı güləcək"
1781 dəfə oxunub
  • A-
  • A
  • A+
"Görkəmli sənətkarlardan birinin də əbədiyyata qovuşan günüdür. Dostumuz, qardaşımız, əlçatmaz böyük sənətkar idi. Tarix qoydu getdi. Onu şərəflə yola salacağıq. Ramiz Əzizbəyli adı gələndə hamı güləcək. O cür filmlər çəkib".

Bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Elxan Qasımov deyib. O, mərhum Xalq artisti Ramiz Əzizbəyli haqda xatirələrini bölüşüb:

"Deyirlər, gedənin arxasınca yaxşılıqla danışın. Amma burada mən ürəklə danışıram. Bütün dünyasını dəyişənlər bizim əzizimizdir. Ramiz Xalq artistidir, professordur, Prezident təqaüdçüsüdür. O, bizim Ramiz Əzizbəyli idi".

Qeyd edək ki, R.əzizbəyli koronovirus ifneksiyasına yoluxub, xəstəxanaya yerləşdirilmişdi. O, daha sonra infarkt keçirmişdi.