Yayda üzə qulluq vasitələrini dəyişin

Yayda üzə qulluq vasitələrini dəyişin
913 dəfə oxunub
  • A-
  • A
  • A+
Üz dərisinə qulluq mövsümə uyğun olaraq dəyişir. Qızda dəri nəmləndirmə, qidalanma tələb etdiyi halda yayda daha fərqli üsullara əl atılmalıdır.

Axşam.az xarici KİV-ə istinadən yayda üzünüzə düzgün qulluq vasitəsini təqdim edir:

Hər zaman istifadə etdiyiniz üz baxım vasitələrini dəyişdirin. Quru dəriniz varsa, qışda nəmləndiricilərdən istifadə etdiniz. Yayda isə nəmləndircinizin daha yüngül olmasına diqqət edin. Yağlı və ağır makiyaj təmizləyicilər yerinə köpük təmizləyici seçin.

Dərinizə kosmetoloq yanında baxım etdirməzdən əvvəl rahatlıq verin. Ağır baxımlar etmək dərini təmbəlləşdirəcək. Yəni, dəri kənardan müdaxilə ilə düzəlməyə öyrəşəndə adi evdəki vasitələr sizə yardım etməyəcək. Yayda kosmetoloq yanına tez-tez getməyin.

Dərnizi günəş şüalarından qoruyun. Bunun üçün ən az 30 faizli SPF kremlər alın. Bu həm dərinizi qocalmadan, həm yanmadan qoruyacaq.

Dərinizin yanmasına imkan verməyin. Günəş altında çox qalmaq dəridə ləkələr əməmlə gətirə bilər.

yayda havaların isti keçməsi bakteriyaların çoxalması deməkdir. Üzünüzü gün sonunda yuyucu vasitələrlə mütləq təmizləyin. Əllərinizi quruladığınız dəsmalla üzünüzü silməyin.

Yeyib-içdiklərinizə fikir verin. Daha çox meyvə və tərəvəz istifadə edin. Ağır, yağlı qidalardan uzaq olun.

Qışda ağır makiyaj vasitələrindən istifadə etsəniz də yayda yüngül vasitələr alın. BB kremlərə üstünlük verin.

Göz ətrafına ayrı qulluq edin. Buna görə daha yüngül nəmləndirici alın. Günəşdən qoruyan vasitələrdən istifadə edin.