Mətanət: “Gülyaz, Gülyanaq, Nazpəri zövqsüzdürlər”

Mətanət: “Gülyaz, Gülyanaq, Nazpəri zövqsüzdürlər”
9879 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalının aparıcısı Mətanət Əliverdiyeva “Gündəlik” verilişində dəb və ona uyğunlaşmaqdan danışıb.

Axşam.az-ın məlumatına görə, aparıcı zövqsüz hesab etdiyi ifaçıların adlarını çəkib:
 
“Müğənnilərimizin əksəriyyəti stilistlə işləmir. Deyirlər ki, mənim öz zövqümə nə gəlib ki? Bu sözü deyənlərin geyimi bərbaddır. Mən ad çəkəcəm. Məsələn, iki bacı var, illərdir oxuyurlar. Özlərinə hörmət edirəm, amma zövqsüzdürlər. Söhbət Gülyaz və Gülyanaqdan gedir. Ad çəkməkdən qorxmuram. Nazpəri Dostəliyeva da zövqsüzdür. Siması gözəldir, oxumağına söz ola bilməz, amma geyimi yaxşı deyil, yersiz aksessuarlar taxır, rəng çalarları uyğun gəlmir”.