Fərda “ögey ata” oldu

Fərda “ögey ata” oldu
4529 dəfə oxunub
  • A-
  • A
  • A+

Sevilən yumor ustası Fərda Xudaverdiyev yeni filmə çəkilir.

Aktyor axşam.az saytının müxbiri ilə söhbətində bu yaxınlarda yeni ekran işi ilə pərəstişkarlarını sevindirəcəyini bildirib.

“Ögey ata” adlanan filmdə Fərda Ögey ata obrazı Kəraməti canlandıracaq.

“Film üçün dəvət Tahir İmanov tərəfindən gəlib. Mənlə bərabər burada Tahir və Cabir İmanov, bir çox əməkdar artistlərimiz də rol alacaq. Film ən son model kameralarla, texniki vasitələrlə lentə alınır. Qala gecəsi də fərqli olacaq” deyən Fərda daha bir seriala dəvət alıb.

“Paytaxt salatı” adlanan ekran işinin böyük büdcəsi olacaq. Avropa standartlarına uyğun çəkiləcək serialda daha çox yeni simalara üstünlük veriləcək.