"Rast" qrupu 20 illiyini qeyd edir - konsert olacaq

"Rast" qrupu 20 illiyini qeyd edir - konsert olacaq
2282 dəfə oxunub
  • A-
  • A
  • A+
"Rast" qrupu yubiley konsertinə hazırlaşır.

Axşam.az-ın məlumatına görə, qrupun yaranmasının 20 illiyinə həsr edilən gecə oktyabrın 21-də baş tutacaq. Caz Festivalı çərçivəsində Heydər Əliyev sarayında keçiriləcək konsertdə qrup üzvləri sevilən mahnılarını səsləndirəcək.

Qeyd edək ki, "Rast" 1993-cü ildə yaranmış və Azərbaycan estrada sənətində ən uğurlu layihələrdən biri olmuşdu. Onlar milli mahnılarımızı avropasayağı musiqilərlə sintez edərək yeniliyə imza atmışdılar.