ATV-nin aparıcıları eyni serialda: “Qız atası”

ATV-nin aparıcıları eyni serialda: “Qız atası”
13921 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV kanalında “Qız atası” adlı yeni serial çəkilir.

Axşam.az-ın məlumatına görə, bu haqda serialın əsas qəhrəmanlarından biri olan aktyor Elməddin Cəfərov “Onlar”a açıqlamasında danışıb:

“Yeni seriala başlayırıq. İnşallah, uğurlu olacaq”.

Serialda ATV-nin aparıcıları - Mətanət Əliverdiyeva, Nərgiz Vahabqızı, Nurlana da rol alacaq.

N.Vahabqızı ekran işi ilə bağlı bunları deyib:

“Çəkiləcəyim ilk serialdır. Bu günə qədər çox dəvət almışam. Həmişə deyirdim ki, yox, mənlik deyil. Elməddin məni yola gətirdi”.

N.Əliverdiyeva isə ekran işində dörd qız anasını canlandıracaq:

“İndiyə kimi nə filmdə, nə də serialda oynamışam. Bu,birincidir. Dörd qızım var. Həyatda iki oğul anasıyam, qızın öhdəsindən necə gələcəm, bilmirəm. Hər zaman qız böyütmək mənə çətin görünüb”.