"Arzuların ardınca" filminin təqdimatı oldu - fotolar

"Arzuların ardınca" filminin təqdimatı oldu - fotolar
4135 dəfə oxunub
  • A-
  • A
  • A+

Nizami Kino Mərkəzində melodram janrında olan "Arzuların ardınca" filminin qala gecəsi baş tutub.

Axşam.az-ın məlumatına görə, ekran işinin  quruluşcu rejissoru Ramil Ağasıyev, ssenari müəllifi Mehman Rəsulovdur.

Filmdə baş rolda aktyorlar Ziya Ağa, Zarina Qurbanova, Vaqif Əsədov, Rasim Cəfər, Aynur Hüseyn, Flora Hüseynova və başqaları çəkilib.

Gecədə çıxış edən R.Ağasıyev "Arzuların ardınca" ilə bağlı məlumat verib:

"Çox həyəcanlıyam. Demək olar ki, övladımı təqdim edəcəm. Heyətimiz kiçikdir. Bir ildir film üzərində çalışırıq. Çox çətinliklərlə rastlaşsaq da, filmimizi ərsəyə gətirdik. Bizə dəstək olan hər kəsə, eyni zamanda Tahir və Cabir İmanovlara təşəkkürümü bildirirəm".

Qala gecəyə filmin yaradıcı və aktyor heyəti ilə yanaşı sənət aləminin tanınmış simaları da qatılıb.

Foto: Azad BAĞIROV