"Ayrılarmı könül candan" - Aygün Kazımova

"Ayrılarmı könül candan" -  Aygün Kazımova
2233 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün xalq artisti Aygün Kazımovanın "Ayrılarmı könül candan" adlı solo konserti baş tutacaq.

Axşam.az-ın məlumatına görə, “Mambo” istirahət mərkəzində keçiriləcək gecənin təşkilatçısı Nahid Emiloğludur.

Sevənlərinə maraqlı konsert vəd edən A.Kazımova əsl şou hazırladığını bildirib. Müğənni məşqləri Türkiyədə aparıb. Səhnədə onu yerli və əcnəbi rəqs qrupları müşayiət edəcək.

İfaçı pərəstişkarları üçün sevilən və yeni mahnılarını səsləndirəcək. Saat 21:00-da başlayacaq konsert “Bakı 2015”in qaliblərinə dəstək məqsədiylə keçirilir.

A.Kazımova konserti ilə bağlı imicində də dəyişiklik edib. O, tünd saçlarını açıq rəngə boyatdırıb, onları daha da uzun etdirib. Xalq artisti geyimləri ilə də hamını təəccübləndirəcəyini vurğulayıb.

Qeyd edək ki, gecəyə biletlərin qiyməti 30 manatdır. VİP masalar isə 300 manatdır.