"Xəzər TV" yeniliklərlə - fotolar

"Xəzər TV" yeniliklərlə -  fotolar
3959 dəfə oxunub
  • A-
  • A
  • A+

“Ailənizin Xəzər”i bu mövsüm yeni layihələrlə tamaşaçıların görüşünə gəlir.
 
Axşam.az-ın məlumatına görə, yeni simalar və dekorlarla zənginləşən kanalın efiri ötən gün səhər saat 8-də “Xəzərin səhəri” ilə açılıb.

Sevil Sevinc bacılarının təqdimatında “Hər şey daxil” proqramı bu mövsümdə, yenilənmiş dekorlar və formatla davam edəcək.

“Nuş olsun” verilişi də həftə içi 5 gün yayımlanacaq. Proqramın aparıcıları Səma Abbasova və Ağakərim Əbülfəzoğludur.
 
Yeni verilişlərdən biri də, həkim-dietoloq Tutu Zeynalovanın təqdimatında “Həkim işi” proqramıdır.

Bu mövsüm yeni verilişlərə Xoşqədəm Hidayətqızının təqdimatında “Bizə danış” proqramıdır.

Növbəti proqram Zaur Kamalın təqdimatında nümayiş olunan 5/5  köhnə qaydada, amma yeni formatla və dekorla tamaşaçıların görüşünə gələcək.

“Xəzər TV”-də sentyabrın 19-dan etibarən yeni seriallar başlayır. Bu axşam “İki ömür” adlı serialın ilk bölümü nümayiş olunacaq.

Həftənin çərşənbə axşamları “28 iyun” , çərşənbə günləri isə “Cehizsiz gəlinlər” serialı tamaşaçılara təqdim olunacaq.

Cümə axşamı “Xəzər TV”-nin efirində aparıcı Nəsib Nur yeni şou-proqram yayımlanacaq.
 
“Xəzər TV”-nin yeni proqramlarından biri - şənbə və bazar günləri Sima Çələbi və Firuzə İsgəndərovanın təqdimatında “ Oyan Azərbaycan” adlı verilişi olacaq.

“Xəzər TV”-nin yeni maqazin proqramı “Xəzər maqazin” adlanır. Verilişin aparıcısı Çinarə Cəlilovadır.

“Xəzər TV” –nin keçmiş əməkdaşlarından olan Şəhla Vakkas yeni, fərqli layihə ilə efirə qayıdır. 

Aytəkin Mərdanovanın təqdimatında “Evdəkilərə salam”,  Rahib Azərinin “Sirdaş”,  Səyyarə Səyyafın “Könül dünyamız”, Leyla Mustafayevanın “Ənənə boğçası” verilişləri yenidən davam edəcək.

Növbəti yeni verilişlər sırasında həmçinin aktyor Kamal Dənizin təqdimatında “Çöl adamı” adlı yeni proqramdır.