Xalq artistinin oğlunun toyu oldu (Foto)

Xalq artistinin oğlunun toyu oldu  (Foto)
7639 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün xalq artisti Yalçın Rzazadənin oğlunun toyu olub.

Axşam.az-ın məlumatına görə, “Qala” qrupunun idarə etdiyi gecəyə bir çox tanınmış simalar qatılıb. 
 
Bəy ilk rəqsdə mikrafonu götürərək, həyat yoldaşı üçün Röyanın repertuarından olan “Nazlı yarım” mahnısını oxuyub.
 
Gecədə xalq artisti Canəli Ələkbərov, əməkdar artist İlqar Muradov öz mahnılarını yeni ailə quran cütlüyə hədiyyə edib.  
 
Təəssüratlarını media nümayəndələri ilə bölüşən Yalçın Rzazadə oğluna xoşbəxtlik arzulayıb.

Qeyd edək ki, Y.Rzazadənin oğlu 23 yaşlı Mətin, 20 yaşlı Aysel  xanımla ailə həyatı qurub.

Gecədən fotoları təqdim edirik.

Foto: Rəşad Abbasov