Məşhur modelyerin yeni gəlinlik kolleksiyası

Məşhur modelyerin yeni gəlinlik kolleksiyası
3670 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-da moda həftəsi çərçivəsində modelyer Vera Vanqın yeni gəlinlik kolleksiyası təqdim olunub.

Axşam.az xəbər verir ki, bu sahədə peşəkarlaşan məşhur modelyerlərin moda nümayişi böyük diqqət görüb.
Ən maraqlısı isə Vera Vanqın dizayn etdiyi geyimlər olub. Belə ki, bu dəfə modelyer öyrəşdiyimiz kimi ağ və krem rəngli gəlinliklərə deyil, daha əlvan və diqqətçəkən geyimlərə üstünlük verib. Gəlinliklərin ətəyində və belindəki iri güllər illər öncə yaranan dəbin qayıdacağı ilə bağlı fikirlərin yaranmasına səbəb olub. Modelyerin yeni kolleksiyası çox bəyənilib və standartdan kənar olduğu söylənilib.