Xalq artistləri bu tamaşada bir araya gələcəklər

Xalq artistləri bu tamaşada bir araya gələcəklər
591 dəfə oxunub
  • A-
  • A
  • A+

Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Almaz” tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, ikihissəli dramın yeni səhnə quruluşunun müəllifi əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi professor Nizami Cəfərovdur.

Yanvarın 21-də və 22-də premyerası olacaq səhnə əsərinin müəllifi xalq artisti Azər Paşa Nemətov,
rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı xalq artisti Siyavuş Kərimidir. Tamaşada Almaz rolunda əməkdar artist Məsmə Aslanqızı çıxış edəcək. Digər rolları xalq artistləri Nurəddin Mehdixanlı (Hacı Əhməd), Rafiq Əzimov (Mirzə Səməndər), Hacı İsmayılov (Aftil), Firəngiz Mütəllimova (Kərbəlayı Fatmansa), əməkdar artistlər Sabir Məmmədov (Şərif), Kazım Abdullayev (İbad), Aslan Şirin (Barat), Əli Nur (Baloğlan), Əjdər Həmidov (Balarza), Ayşad Məmmədov (Ocaqqulu), Elşən Cəbrayılov (Fuad),
aktyorlar Rada Nəsibova (Yaxşı) və Mətləb Abdullayev (Sədr) çıxış edirlər.

Səhnə əsərini Ceyran Həsənli idarə edəcək.