Nurlana ATV-dən getdi - fotolar

Nurlana ATV-dən getdi -  fotolar
13824 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Nurlana Cəfərova ATV-dən getdi.

Axşam.az-ın məlumatına görə, o, bundan sonra AzTV-də çalışacaq.

N.Cəfərova əməkdaşımızla söhbətində bildirib ki, yeni verilişi AzTV-nin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” kanalında efirə gedəcək:

“Görüş yeri” adlanan proqram yanvarın 23-dən etibarən həftədə beş gün saat 15:00-da yayımlanacaq. 11 ildir ATV-də çalışıram. Artıq inkişaf etməyin vaxtıdır. Dövlət kanalından təklif gəldi, mən də razılaşdım. Üç il yarım 106 FM-də direktor vəzifəsində işlədim. Son vaxtlar direktorluqdan uzaqlaşdım, radio aparıcısı kimi çalışırdım. Artıq radio ilə də yollarımı ayırdım".