"Onlara baxanda ətim tökülür" - Namiqdən həmkarlarına

"Onlara baxanda ətim tökülür" -  Namiqdən həmkarlarına
3016 dəfə oxunub
  • A-
  • A
  • A+

Meyxanaçı Namiq Qaraçuxurlu "Lider TV"nin Su çərşənbəsi ilə əlaqədar keçirdiyi konsert proqramında iştirak edib.

Axşam.az-a açıqlama verən ifaçı “Soyuqdur” mahnısına çəkdirdiyi klipin aqibətindən danışıb:

“Klip çəkilişləri yekunlaşıb. Montaj işləri gedir. Yəqin ki, fevralın sonuna hazır olacaq. Bu klipə başlayandan ailəm yanımda olub. Onların dəstəyini hər zaman üzərimdə hiss etmişəm. Taşa adlı qızla çəkilmişəm. Buna görə onun ailəsində problem olub-olmadığını deyə bilmərəm. Amma belə bir şey olsaydı, yəqin ki, xəbərim olardı. Biz bu işə bir peşəkar kimi yanaşmışıq”.

İfaçı həmçinin bugünkü meyxana deyişmələrinə də münasibət bildirib:

“Yaxşı deyişmələr var. Arada söyüş də işlədilir, amma bunu tənqid etmək də olmaz. Çünki meyxanada bəzən bu, tələb olunur. Elə yer var ki, işlədilməlidir. Amma məkandan da çox şey asılıdır. Mənim bir şey xoşuma gəlmir. Axır vaxtlar müəyyən mahnılar üzərində deyişirlər. Mən bunun əleyhinəyəm. Bəziləri uğurlu alınsa da, çoxu uğursuz alınır. Elələrinə baxanda ətim tökülür”.

Foto: Ramin ASLANOV