Bu qış hansı paltolar dəbdə olacaq?

Bu qış hansı paltolar dəbdə olacaq?
11023 dəfə oxunub
  • A-
  • A
  • A+
Paris, Milan, London, Nyu-Yorkda keçirilən moda sərgilərində bu il palto seçimində nələrin dəbdə olduğu açıqlanıb. Dəbsevərləri bu il palto seçimində çoxlu surprizlər gözləyir.

2012-2013-cü ildə daha çox rəngli paltolar gündəmdə olacaq. Ötən ildən fərqli olaraq enli paltolar öz aktuallığını itirəcək. Daha çox dar, bədənə tam oturan paltolar gündəmdə olacaq. Kəmər taxmağı xoşlayanlar üçün də sevindirici xəbər var: belə ki, sadə paltoları kəmərlə daha cəlbedici etmək mümkündür. Parça seçiminə gəldikdə isə daha çox parıltılı paltolar dəbdədir. Yumşaq kaşemir həmişəki kimi yenə də aktuallığını qoruyacaq. Dizaynerlerin bir yeniliyi də odur ki, paltolarda parça ilə dəri kombinasiya edilib.

Dəb dünyası xəz vurğunlarını da diqqətdən kənar qoymayıblar. İstəyənlər üzəri xəzlərlə bəzədilmiş paltolar da ala bilər.