“Ən baha paltarımı 2 minə almışam”

“Ən baha paltarımı 2 minə almışam”
1902 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Samirə Allahverdiyeva geyimlərinə və makiyajına xərclədiyi pullardan danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Pərdə” verilişinə açıqlamasında ən bahalı libasını 2 min manata aldığını deyib:
 
“Geyimlərə çox pul xərcləmirəm. Qarderobumdakı ən baha geyim 2 min manatadır. Onu alandan sonra bütün tədbirlərə geyinirdim ki, bu pulun əvəzini çıxmalıyam. Hətta Gülnarə Xəlilova deyirdi ki, bəsdir, insanları yordun. Mənim üçün ucuz, bahalı, fərqi yoxdur. Makiyaj vasitələrimdə də əsasən keyfiyyətə önəm verirəm. 60 manata tonal krem aldım, sonra gedib 11 manatlığı aldım. Heç bir fərq etmədi, keyfiyyətlər eyni idi. Əsas odur ki, keyfiyyət olsun”.