Bu qış dəbdə olan makiyaj növlərindən xəbərdar olun

Bu qış dəbdə olan makiyaj növlərindən xəbərdar olun
3092 dəfə oxunub
  • A-
  • A
  • A+

• Dəridə təbilik

• Cəlbedici dodaqlar

• Sehirli kölgə

• Qotik üslubu motivlər

Bu qış ilk növbədə tonal krem seçiminə diqqət edin. Tonal krem dəri rənginə uygun olmalıdır. Tünd tonal kremlər artıq aktual deyil. Makiyajda gözlərə diqqət edin. Qəhvəyi və ya boz rəngli göz qələmindən istifadə məsləhətdir. Qələmin ox kimi kənarlara çıxmamasına fikir verin. Göz qapaqlarında açıq-pastel rəngli kölgələrdən istifadə edin. Göz rəngi mavi olanlar çəhrayı və qəhvəyi rəngli kölgələrdən istifadə etsələr daha yaxşıdır.

Tuş seçimində isə ancaq sadə, qara rəngə üstünlük verin. Rəngli tuşlar dəbdən düşüb. Qaşları rəngləmək, qələmlə forma vermək artiq aktuallığını itirib. Onlara təbii görünüş vermək lazımdır. Dodaq boyasına gəldikdə isə şaftalı, açıq qəhvəyi rənglı boyalardan istifadə et. Bu il çəhrayı və rəngsiz dodaq parıldadıcılar aktual olacaq. Gecə makiyajında isə tünd qırmızı dodaq boyaları dəbdədir.