Məşhur musiqiçisi Bakıda konsert verəcək

Məşhur musiqiçisi Bakıda konsert verəcək
840 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 25-də Fransanın tanınmış akkordeon ifaçısı Rişar Qalyano Bakıda konsert proqramı ilə çıxış edəcək.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə keçiriləcək konsert Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində baş tutacaq.

Yalçın Adıgözəlovun rəhbərliyi altında “Baku Sinfonietta” orkestrinin və Rişar Qalyanonun (Richard Galliano) iştirak edəcəyi proqramı Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycan-Fransız İnstitutu təşkil edir.

Rişar Qalyano istənilən musiqi janrında ifa etməyi bacarır. Musiqiçinin 50-dən çox diski işıq üzü görüb. O, həmçinin caz və şanson üslubunda ifa edən musiqiçilərlə əməkdaşlıq edib.

2011-ci ildə incəsənət və ədəbiyyat üzrə Kavaler Ordeninə layiq görülən Rişar Qalyano müxtəlif mükafatların laureatıdır.