Dəblə bağlı önəmli məsləhətlər

Dəblə bağlı önəmli məsləhətlər
2848 dəfə oxunub
  • A-
  • A
  • A+

Əslində geyim həyatımızda mühüm rol oynayır.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həm karyera, həm də ailə həyatında geyimlərimiz diqqət mərkəzində olmağımıza kömək edir.

Bu səbəbdən mütəxəssislər bir neçə məsləhətə əməl etməyi vacib sayırlar.

 İlk növbədə əsl qadın olun. Qarderobunuzu zərif və rəngarəng geyimlərlə doldurun. Ən azından 2 rəngdən istifadə etməyə çalışın.
 
Sintetik geyim almayın. Çünki o, keyfiyyətsiz və ucuz görünür.

Seçdiyiniz rənglərin sizə uyğun olmasına diqqət yetirin. Yadınızda saxlayın ki, sarışınlar zərif rənglərə, qara saçlı xanımlar tünd parlaq rənglərə, kürənlər isə qəhvəyi tonlara üstünlük verməlidirlər.

Geyimin ölçülərinə mütləq diqqət yetirin. Sizi kök göstərib-göstərmədiyini, hansı çatışmazlığınızı üzə vurduğunu nəzərdən keçirin.

Qarderobunuzu formalaşdırarkən orijinal və təkrarolunmaz libasların yer almasına fikir verin.
 
Zəhlətökən qara gödəkçələri və paltoları rəngli şarflarla fərqləndirin. Hər dəfə dəyişik rənglərdən istifadə etməklə qara geyiminizi dəbə uyğunlaşdırmış olacaqsınız.

Qarderobunuzda mütləq şəkildə aksessuar olmalıdır. Maraqlı kəmərlər, dəridən hazırlanmış müxtəlif əşyalar, pul kisəsi və s. də olduqca vacibdir.