"Sənin anan hara baxır, görəsən?" - fotolar

"Sənin anan hara baxır, görəsən?" - fotolar
4707 dəfə oxunub
  • A-
  • A
  • A+
1980-90-cı illərin məşhur modeli Sindi Kroufordun özü kimi model olan qızı Kaiya Gerber Nyu-York moda həftəsinə qatılıb.
 
Axşam.az-ın xarici mediaya istinadən məlumatına görə, modelin qızının görüntüsü hər kəsin həyəcan təbili çalmasına səbəb olub. Belə ki, Sindinin model əri Rande Gerberlə nikahından dünyaya gələn Kaiya həddindən artıq arıq olması ilə diqqət çəkib. Karyerası uğruna təhsilini də yarımçıq qoyan gənc qız getdikcə daha da arıqlayır.

Kaiyanın anoreksiya olmasından ehtiyat edən sosial şəbəkə istifadəçiləri onun yeni fotolarına “Sənin anan hara baxır, görəsən? Sağlam qidalanmalı və təhsilini davam etdirməlisən” sözlərini yazıblar.

Qeyd edək ki, Sindi qızı kaiya ilə oğlu Preslinin modellik etməsinə dəstək olur.