Eldar Qasımov evsiz heyvanlara dəstək oldu - fotolar

Eldar Qasımov evsiz heyvanlara dəstək oldu -  fotolar
1338 dəfə oxunub
  • A-
  • A
  • A+

“Eurovision – 2011” qalibi Eldar Qasımov sosial layihədə iştirak edib.

Axşam.az-ın məlumatına görə, gənc müğənni “Saved Lives” adlı evsiz heyvanlara yardım məqsədi ilə təşkil olunan aksiyaya qoşulub. 

O, heyvanlara yem bağışlayıb, daha sonra layihə çərçivəsində fotolar çəkdirib.

Qasımovun şəkillərini fotoqraf Azər Jafar lentə alıb.

Qeyd edək ki, aksiya üçün bağışlanan yemlər heyvan sığınacaqlarına göndəriləcək.