Nazim əsəbiləşib jurnalistlə dalaşdı - efirdə qalmaqal+video

Nazim əsəbiləşib jurnalistlə dalaşdı -  efirdə qalmaqal+video
7268 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin "Səhər-Səhər" verilişində qalmaqal yaşanıb.

Axşam.az-ın məlumatına görə, proqrama qonaq qismində qatılan "Faytonçu" ləqəbli müğənni Nazim Pişyari və jurnalist Tahirə Məmmədqızı arasında dava düşüb.

Nazim onu səhv əməliyyat edən və səhhətində ciddi problemlər yaranmasına səbəb olan həkimdən danışıb. Tahirənin həkimi müdafiə etməsi müğənnini qıcıqlandırıb. Nazim əsəbiləşərək jurnalistin üstünə hücum çəkib. Daha sonra Elgiz və digər qonaqlar tərəfləri sakitləşdirməyə çalışıb.

N.Pişyari Tahirəyə bunları deyib:

"Jurnalistsən, get öz media qurumunda yaz, burada nə işin var? Elman Əzimovun niyə tərəfini tutursan? Onun səhvi yoxdursa, niyə 3 dəfə əməliyyat olundum? Elmanın üzündən 12 saat narkoz qəbul etdim. Kaş mənim günümə sənin əzizlərin düşsün. Onda məni başa düşərsən".