Bu paylaşıma görə tacı əlindən alındı - fotolar

Bu paylaşıma görə tacı əlindən alındı - fotolar
10420 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün “Miss Turkey 2017” yarışmasının qalibi seçilən İtır Esenin tacı əlindən alınıb.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə müsabiqənin idarə heyəti rəsmi məlumat yayıb.
 
Məlumatda bildirilir ki, ötən gün keçirilən yarışmada birinci olan Esenin sosial şəbəkədə 15 iyul şəhidləri ilə bağlı paylaşımı onu tacından edib.

Belə ki, modelin həmin paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub və etirazla qarşılanıb.

Bu səbəbdən tac itırdan alınaraq 2-ci yeri tutan Aslı Sümənə verilib.