Reanimasiyada olan müğənninin son vəziyyəti

Reanimasiyada olan müğənninin son vəziyyəti
12775 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir neçə gündür reanimasiyada olan müğənni İrem Dericidən xəbər var.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçının vəziyyəti get-gedə yaxşılaşır.

Bu barədə jurnalistlərə açıqlama verən İremin eks sevgilisi Lider Şahin sənətçinin bu gün yemək yediyini deyib:

“Hər gün buradayam. Valideynlərindən vəziyyəti haqda maraqlanıram. Şükürlər olsun, yaxşılığa doğru gedir. Hətta bu gün yemək də yeyib”.

Lider Dericinin xəstəxanada olduğu müddətdə İtaliyada istirahət etməsi barədə yazılan xəbərlərə münasibət bildirib. O, qeyd edib ki, müğənninin reanimasiyaya düşdüyünü eşidər-eşitməz bilet alıb İstanbula qayıdıb:

“Barselonaya getmişdim. Amma İremdən xəbərim yox idi. Sonra reanimasiyaya düşməsi barədə oxudum. Elə həmin vaxt geri döndüm. Bir il ərzində kədərimizi, sevincimizi paylaşmışıq. Mən nankor insan deyiləm. Həmişə İremin yanında olmuşam, bundan sonra da olacam. Sevgili olmasaq belə, yaxşı dost olacağıq”.