Lider TV-dən müflis olma iddialarına cavab

Lider TV-dən müflis olma iddialarına cavab
1479 dəfə oxunub
  • A-
  • A
  • A+

Lider televiziyası şirkətin müflis olmaq üzrə olduğu  və oktyabr ayında satışa çıxarılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Axşam.az xəbər verir ki, TV-nin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Sədan Bünyadova BakuPost.az-a bildirib ki, xəbər həqiqəti əks etdirmir: "

Lider TV satışa çıxarılmayıb və  gələcək üçün də bu hal nəzərdə tutulmayıb. Telekanalın  hər hansı yeni avadanlığı alması və ya onu satması hesab edirik ki, ictimaiyyət üçün maraq daşıyan xəbər deyil və Lider TV bununla bağlı hesabat verməyi düşünmür”.

Kanalın rəsmi açıqlamasında işçilərin 4 ay müddətində maaş almaması xəbərinə də münasibət bildirilib:

"İşçilərin maaşı ilə bağlı mediada çox saylı xəbərlər yazılır və biz artıq dəfələrlə bildirmişik ki, müəyyən maddi problemlər səbəbindən maaşlar hissə-hissə verilir. Mövcud vəziyyəti aradan qaldırmaq üçün yeni sezonda tam yeni formatda efir hazırlandı. Oktyabr ayı üçün isə yeni verilişlər efirdə görəcəksiniz və ölkədə təşkil olunan bir neçə mötəbər tədbir ilə əməkdaşlıq edəcəyik”.

Xatırladaq ki, sosial şəbəkələrdə Lider TV-nin işçilərinin 4 aydır ki, maaş almadığı və kanalın satışa çıxarılacağı barədə iddialar yayılıb.