İlham Əliyev voleybol matçını izləyir

İlham Əliyev voleybol matçını izləyir
1034 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Azərbaycan və Gürcüstanın birgə təşkil etdiyi qadın voleybolçular arasında Avropa çempionatına start verilib.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, bu dəqiqələrdə keçirilən matçı Azərbaycan prezidenti İlham Əliyev də arenada canlı izləyir.

Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada Azərbaycan yığmasının start heyətində meydana Kseniya Pozdnyak, Odina Bayramova, Alyona Həsənova, Nataliya Məmmədova, Kristina Yaqubova, Polina Rəhimova və Valeriya Məmmədova çıxıblar.

Azərbaycanın və Macarıstanın dövlət himnlərinin səsləndirilməsindən sonra hakimin final fiti səslənib.